“Eybi yoxdur, qoy o şərəfsizlər məktəb açsınlar...” - Milli Qəhrəmanın oğlu ermənilərə mesaj göndərdi...
2-09-2019, 13:09
Xəbər verdiyimiz kimi ermənilər Qubadlının işğal günündə Milli Qəhrəman Əliyar Əliyevin doğulduğu Qazyan kəndində məktəb binasının açılışını ediblər.
Məsələyə münasibət bildirən Əliyar Əliyevin oğlu Emin Əliyev Moderator.az-a açıqlamasında bir gün məktəb binası da daxil olmaqla torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirib:
“Biz Qubadlıdan çıxanda dördüncü sinifdə oxuyurdum. Eybi yoxdur, qoy o şərəfsizlər məktəb açsınlar. Biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik və o məktəb də bizə qalacaq. Qazyan kəndinin qəhrəman oğlanları çoxdur və bu qisası heç vaxt düşməndə qoymayacaqlar”.
Qeyd edək ki, Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, doğulduğu Qubadlı rayon Qazyan kəndində dəfn edilib.