Deputatın ödənişli təhsillə bağlı təklifi etiraza səbəb oldu

2-09-2019, 16:37           
Deputatın ödənişli təhsillə bağlı təklifi etiraza səbəb oldu
“Ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən ali təhsil ocaqlarında ödənişli təhsil ləğv edilməlidir. Yalnız xanım tələbələrin ödənişdən azad edilməsi doğru addım deyil”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı ekspert Qadir İbrahimli deputat Musa Quliyevin xanım tələbələrin ödənişli təhsildən azad edilməsi barədə təklifinə münasibət bildirərkən deyib.

Məlumat üçün deyək ki, deputat Musa Quliyev Etikxeber.az-a açıqlamasında 20 Yanvar və Qarabağ əlillərinin, şəhid ailələrinin övladları, valideyin himayəsindən məhrum olunmuş uşaqlar, eləcə də, bir valideynini itirmiş-digəri əlil olan uşaqlar, həmçinin, birinci və ikinci qrup əlilliyi olan uşaqların təhsil haqqından azad olduqlarını xatırladaraq bu təşəbbüsləri daha da genişləndirməyi təklif edib.

“Ödənişli əsasla universitetlərimizə qəbul olmuş bütün qız təhsill haqqını dövlətimiz öz üzərinə götürə bilər. Bu baxımdan, çox istərdim ki, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının xərcləri dövlət tərəfindən ödənilsin. Xüsusilə, atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilsin. Özü də istər özəl, istər dövlət təhsil müəssisələrində”,- deyə deputat əlavə edib.

Qadir İbrahimli hələ bir neçə ay əvvəl ödənişli təhsilin ləğvi təşəbbüsü ilə çıxış etdiyini xatırladaraq bu addımın zəruri olduğunu bildirib. “O zaman millət vəkillərindən dəstək verən olmadı. Halbuki bu addım zərurətdən doğur, digər tərəfdən dünya təcrübəsində də dövlətin balansında olan ali təhsil müəssislərində ödənişli təhsil yoxdur. Hesab edirəm ki, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Tələbələrə fərq qoyulmamalıdır”.

Ekspert həmçinin bildirib ki, deputatın indi bu təkliflə çıxış etməyi yersizdir. “Artıq təhsil haqları ödənilib. Yaxşı olardı ki, bir neçə ay əvvəl bu mövzuya diqqət ayrılaydı”, - deyə Qadir İbrahimli vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.