IDEAL parfümeriya və kosmetika mağazalar şəbəkəsi açıqlama yaydı - AÇIQLAMA

5-09-2019, 11:21           
IDEAL parfümeriya  və kosmetika mağazalar şəbəkəsi açıqlama yaydı - AÇIQLAMA
Teref.az olaraq AZXEBER.COM-a saytına istinadən "İdeal" parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə tənqidi yazı dərc etmişdik.(“İdeal”dan aldığı ətirin qalıcılığı olmadığı üçün geri qaytardı, başına gəlməyən qalmadı – İDDİA (FOTO)) Teref.az-ın poçtuna "İdeal" parfümeriya və kosmetika mağazalar şəbəkəsindən açıqlama daxil olub. Açıqlamanı təqdim edirik:
IDEAL parfümeriya və kosmetika mağazalar şəbəkəsi Türkan Turanın sosial şəbəkədə və bəzi xəbər saytlarında paylaşımına dair bildirmək istəyir ki, şirkət haqqında yazılan şikayətlər əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd etmək istərdik ki,cəmiyyətdə müəyyən nüfuza malik insanların araşdırma etmədən bu cür əsassız məlumatlar verməsi bizdə böyük təəssüf hissi doğurur.
Cinayət Məcəlləsinin 147-ci maddəsinin birinci bəndinə uyğun olaraq şirkəti nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında əsassız olaraq yaymaq qanuna ziddir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən siyahıya əsasən pərakəndə satış obyektlərində dəyişdirilməli olmayan malların siyahısına pafüm və kosmetik vasitələr də daxildir.
Xatırladaq ki, “İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orjinal məhsulları təqdim edir.
Adı çəkilən brendin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş gigiyenik sertifikatı mövcuddur https://bit.ly/2ku2j2u ki, bu da onun orijinallığını bir daha sübut edir.

Təşəkkür edirik!
Hörmətlə,

Synergy Partnershi MMC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.