Cinayətdə ittiham olunan məmur rəis təyin edild

22-05-2019, 14:21           
Cinayətdə ittiham olunan məmur rəis təyin edild
Barəsində cinayət işi olan məmur daha yüksək posta təyinat alıb. Criminal.az saytına daxil olan məlumata görə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov əvvəllər Mingəçevir Sukanal İdarəsində rəis müavini işləmiş Maarif Mikayıl oğlu Məmmədovu həmin quruma rəis təyin edib.
Məlumata görə, M.Məmmədov "Azərsu” sədrinin tələbə yoldaşı olub. Bir necə il əvvəl M.Məmmədov Mingəcevirdə Sukanal İdarəsində rəis müavini işləyərkən "Zərif" şadlıq evinin Nəriman adlı sahibindən rüşvət aldığı ücün barəsində cinayət işi olub. Hal-hazirda da müvafiq maddələrlə istintaqı gedir.
Qorxamaz Hüseynov barəsində cinayət işi olan şəxsi əvvəl "Bakı Sukanal" İdarəsində məsul vəzifəyə, indi isə Mingəçevir Sukanal İdarəsinin rəis təyin edib.
M.Məmmədov Teref.az saytına təyinatı nə təsdiq, nə də təkzib etdi. Bildirdi ki, belə bir əmr olsa hər kəs xəbərdar olacaq.
Mehman Eldaroğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru