Dünya Bankı 2020 və 2021-ci illərdə neftin qiymətinin azalacağını proqnozlaşdırır

9-01-2020, 08:01           
Dünya Bankı 2020 və 2021-ci illərdə neftin qiymətinin azalacağını proqnozlaşdırır
Dünya Bankı neftin orta qiymətinin (Brent, WTI, Dubai) 2020 və 2021-ci illərdə bir barel üçün 59 dollaradək azalacağını proqnozlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının yayımladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında deyilir.

Bu il sənəd “İqtisadi artımın aşağı templəri, siyasi problemlər” adlanır.

Proqnoza görə, 2020-ci ildə yeni boru kəmərlərinin inşası ABŞ-da neft hasilatını artıracaq. Bununla belə hesabat müəllifləri hesab edir ki, ABŞ və Çin arasındakı ticarət gərginliyinin əhəmiyyətli dərəcədə azaldılması ehtimalı neft qiymətlərini artıra bilər.

Mütəxəssislər hesab edirlər ki, 2019-cu ildə bir barrel neftin qiyməti orta hesabla 61 dollar təşkil edib ki, bu da 2018-ci ildən 10% və əvvəlki proqnozlardan isə 5 dollar / barel azdır.

“Qara qızıl”ın qiymətinə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları, həmçinin İran və Venesuela ilə bağlı olan müxtəlif geosiyasi və daxili amillər təsir göstərib.

Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesablamalarına görə, 2020-ci ildə neftin orta illik qiyməti bir barel üçün 57.94 dollara enəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru