Laçın icra başçısı yola salınır? - İDDİA

9-01-2020, 08:55           
Laçın icra başçısı yola salınır? - İDDİA
Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərovla bağlı son günlər şikayətlərin ardı-arası kəsilmir.

Hətta ötən ilin dekabrında Laçın rayonundan olan bir qrup sakin Aqil Nəzərova etiraz olaraq Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar icra başçısının vətəndaşlara qarşı olan laqeyd münasibətinə öz etirazlarını bildiriblər.

Cebhe.info-ya daxil olan məlumata görə, Aqil Nəzərov yaxın günlərdə tutduğu postdan uzaqlaşdırılacaq. Mənbənin sözlərinə görə, artıq İcra Hakimiyyətində də bu məsələ danışılır. Qısa zamanda Aqil Nəzərovla bağlı son qərarın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Prezident Administrasiyasına ən çox şikayət olunan icra hakimiyyətləri arasında Laçın rayonunun da adı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru