Bərdədə müxalifətçilərin evinə od vurdular: Vidadi İsayev seçki üsyanı hazırlayır - VİDEO

31-01-2020, 09:49           
Bərdədə müxalifətçilərin evinə od vurdular: Vidadi İsayev seçki üsyanı hazırlayır - VİDEO
94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının nümayəndəsi Dadaş Əhmədli bildirib ki, onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edilir.

O bildirib ki, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb.

Namizəd güman edir ki, bunu yerli icra strukturlarının nümayəndələri ediblər.

Çəpərin ümumi uzunluğu 600 metrdir.

“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, – D.Əhmədli Turan-a bildirib.

Qeyd edək ki, hakimiyyət bu dairədə Zahid Orucun namizədliyini müdafiə edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru