SON DƏQİQƏ: Bakıda xəstəxanada daha bir nəfər öldü - Ölü sayı 7 nəfərə çatdı

1-02-2020, 14:51           
SON DƏQİQƏ: Bakıda xəstəxanada daha bir nəfər öldü - Ölü sayı 7 nəfərə çatdı
Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.



Teref.az oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.



Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.



Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.



TƏBİB qeydə alınan ölüm faktını Oxu.Az-a təsdiqləyib.



Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru