Kürdəxanıda kanalizasiya sularını dənizə axıdan kimdir? - FOTOLAR

1-05-2020, 14:05           
Kürdəxanıda kanalizasiya sularını dənizə axıdan kimdir? - FOTOLAR
Sabunçu rayonu Kürdəxanı qəsəbəsində kanalizasiya suları birbaşa dənizə axıdılır.
Bu barədə Yeniavaz.com-a qəsəbə sakinləri məlumat verib. Onların dediklərinə görə, kanalizasiya sularının axıdıldığı ərazinin yaxınlığından yay aylarından çimərlik kimi istifadə edirlər. Sakinlərin sözlərinə görə, həmin ərazidə indi belə ifunət iyindən dayanmaq olmur havalar isinəndə vəziyyət daha da bərbad olacaq. Sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Yeniavaz.com-a məsələnin araşdırıldıqdan sonra məlumat verəcəyini desə də, daha sonra "Azərsu" ilə əlaqə saxlamağımızı bildirdi.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, Kürdəxanıda kanalizasiya sistemi yoxdur:
"Həmin ərazidə bizim ümumiyyətlə infrastrukturumuz yoxdur".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru