Apellyasiya məhkəmələrinin kollegiyalarına sədrlər təyin edildi – SİYAHI
6-05-2020, 17:08

Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Teref.az xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin ediliblər.
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Rəhimov Elmar Eldar oğlu – Cinayət Kollegiyasının sədriTağızadə Mirzə Nəsib oğlu – İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu – Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Mamedov Rəşad Ziyaviddin oğlu – İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu – Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Babayeva Hökümə Çingiz qızı – İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu – Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Həsənov Müşfiq Kamil oğlu – İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu – Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Rəfiyev Rövşən Rafiq oğlu – İnzibati Kollegiyanın sədriHüseynov Elçin Şirin oğlu – Kommersiya Kollegiyasının sədri
Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.