Popova azərbaycanlı aparıcının verilişində pandemiya ilə bağlı bütün detalları paylaşdı - ŞOK AÇIQLAMALAR

31-05-2020, 11:09           
Popova azərbaycanlı aparıcının verilişində pandemiya ilə bağlı bütün detalları paylaşdı - ŞOK AÇIQLAMALAR
Koronavirus pandemiyasının ikinci dalğası payızda digər yuxarı tənəffüs yolları infeksiyaları ilə birgə gələcək.

Publika.az xəbər verir ki, bu açıqlama İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətindən (Rospotrebnadzor) gəlib.

“Rospotrebnadzor”un sədri Anna Popova “Rossiya 1” telekanalında qonağı olduğu azərbaycanlı aparıcı Nailə Əsgərzadənin proqramında bildirib ki, ikinci dalğa daha şiddətli olacaq.

“Bizə görə ən çox ehtimal edilən ssenarilərdən biri koronavirusun ikinci dalğasının payızda kəskin tənəffüs çatışmazlığı infeksiyalarının artdığı dövrdə ortaya çıxmasıdır. Xəstəliyin payızda artacağı böyük ehtimaldır və bu, bizi narahat edir. Koronavirusun digər tənəffüs yolları virusları ilə qarışıb yeni infeksiya verib-verməyəcəyini hesablamağa çalışırıq”, - Popova qeyd edib.

O bildirib ki, bu durum qətiyyətli şəkildə hazırkı mövsüm qrip peyvəndləməsi aparmağa məcbur edir: “Hər iki xəstəliyin bir xəstədə rast gəlinməsi arxiv ədəbiyyatlarında mövcuddur. Buna görə də payızda insanları necə qoruyacağımızı indidən düşünməyə başlamışıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru