Lənkəran Şəhər İcra Hakimiyyəti Minayə Babayevanın obyektinin məhv edilməsi ilə bağlı müraciətinə aydınlıq gətirdi. MÖVQE

1-06-2020, 10:44           
Lənkəran Şəhər İcra Hakimiyyəti Minayə Babayevanın obyektinin məhv edilməsi ilə bağlı müraciətinə aydınlıq gətirdi. MÖVQE
Lənkəran şəhərində qeydiyyatda olan Babayeva Minayə Şamil qızının Criminal.az saytında “İcra başcısı obyektimi məhv edib ...”-Əlil ailəsi Taleh Qaraşovdan şikayət edir başlıqı altında dərc edilən məqalə ilə bağlı bildiririk ki, Lənkəran Şəhər Xalq Deputatları Soveti Rəyasət hey”ətinin 9 sentyabr 1992-ci il tarixli 13 №iclas protokolunun qərarı ilə “Qığılcım” kiçik müəssisəsinə şəhərin mikrorayon yaşayış sahəsində mədəniyyət sarayı ətrafında qeyri-yaşayış sahəsinin tikintisi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan Dövlət mülkiyyətinin torpaq sahəsi istifadəyə verilmişdir. Həmin ərazidə primitiv və yüngül kostruksiyalı inşaat materialları ilə qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binası 12.08.2013-cü il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Lənkəran şəhər sakini Abdullayev Şamil Kərim oğlunun mülkiyyətinə verilmişdir. Sözü gedən qeyri-yaşayış binası inşa edildikdən sonra 20 ildən artıq istifadə edilməmiş, Lənkəran şəhəri Mədəniyyət Mərkəzinin və ərazinin ümumi görnüşünə xələl gətirmişdir. 2013-cü ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzində əsaslı şəkildə yenidənqurma və bərpa işləri aparılarkən həmin ərazidə yerləşən istifadəsiz, baxımsız qalmış və binanın ümumi görnüşünə xələl gətirdiyini nəzərə alıb vətəndaş Şamil Abdullayev öz razılığı ilə mülkiyyətində olan qeyri-yaşayış binasını sökmuş və konstruksiya materialları qızı Minayə Babayevə tərəfindən satılmışdır. Vətəndaşın xahişi nəzərə alınaraq ona qeyri-yaşayış sahəsi inşa etdirmək üçün ayrı-ayrı yerlərdə 140 kv.m və 80 kv.m torpaq sahələri verilmişdir. 140 kv.m torpaq sahəsini M.Babayeva alqı-satqı etmiş, digər 80 kv.m torpaq sahəsində isə tikinti işlərinin aparılması üçün Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 26 avqust 2014-cü il tarixli 234 nömrəli Sərəncamı verilmişdir. Aparılmış tikinti işləri mütəxəsislər tərəfindən 3000 manat dəyərində qiymətləndirilmişdir. Respublikada Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı dəmir yolu mühafizə zolağının müəyyənləşdirilməsi ilə əlaqədar həmin ərazidə başlanılmış tikinti işləri müvvəqəti dayandırılmışdır.
Minaya Babayevanın müraciəti ilə bağlı dərc edilən məqaləni yayan sayt rəhbərliyinə məsələnin dərindən və hərtərəfli öyrənilməsi, müsbət həllindən ötrü qanunvericiliklə təyin olunmuş qaydalardan irəli gələn vəzifələrin icrasının vacibliyi barədə vətəndaşa məlumat verilməsi tövsiyə olunur. Eyni zamanda bildiririk ki, daşınmaz əmlak mülkiyyətçinin razılığı ilə kənar müdaxilə edilmədən özü tərəfindən məhv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.2 maddəsinə müvafiq olaraq Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Vətəndaşın əmlakının qanunsuz və əvəzsiz olaraq ələ keçirilməsi, obyektə olan əmlakın talanması ilə bağlı iddialar əsassız və hüquqi nəticə doğurmayan məlumatlar olduğu sayt rəhbərliyinin diqqətinə çatdırılır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.