​Bakıda tıxacı göstərən elektron məlumat lövhələri niyə işləmir? - AÇIQLAMA + VİDEO

2-06-2020, 00:00           
​Bakıda tıxacı göstərən elektron məlumat lövhələri niyə işləmir? - AÇIQLAMA + VİDEO
Bakıda Ziya Bünyadov prospekti və Salamzadə küçəsində elektron məlumat lövhələri xeyli müddətdir işləmir.

Funkiyası sürücüləri tıxacın olub-olmamasından xəbərdar edən avadanlıqların bəziləri hazırda sadəcə xüsusi günləri xatırladan təqvim rolunu oynayır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, vaxtilə quraşdırılan elektron lövhələr keyfiyyətsiz olduğu üçün istifadə müddətini tez tamamlayıb.

Ekspert bildirir ki, işlək vəziyyətdə olmayan avadanlıqların yoxluğu varlığından daha faydalı olar.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, yaranan nasazlıq 1-2 günə aradan qalxacaq.

“Bu yaxınlarda 2 yerdə sistemdə texniki nasazlıq yaranıb. O da aradan qalxacaq”.yeniavaz/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru