"2 gün bayıra çıxmaq olmaz, amma suyumuz yoxdur" - Binəqədi sakinləri aksiya keçirib

14-06-2020, 08:40           
"2 gün bayıra çıxmaq olmaz, amma suyumuz yoxdur" - Binəqədi sakinləri aksiya keçirib
Sərtləşdirilmiş karantin qaydalarının tətbiqinə 1 saat qalmış Binəqədi sakinləri aksiya keçiriblər. Yeniavaz.com xəbər verir ki, illərdi su xəttinin yoxluğundan əziyyət çəkən 1-ci mədən sakinləri susuz qalıb. Sakinlərin sözlərinə görə, Binəqədi Sukanal İdarəsinə gün ərzində dəfələrlə müraciət etsələr də səyləri nəticəsiz qalıb: "Su idarəsindən İlqar Məmmədov deyir ki, yaxın 10-15 ilə su çəkiləcək sizə. Bizim indi əlimizi yumağa su yoxdur. 2 gün bayıra çıxmaq olmaz, amma suyumuz yoxdur. Bu gün bütün günü bizə 4-5 maşın su gələcəyini dedilər. Amma hələ heçnə yoxdur. Virusdan qorunmaq üçün tez-tez əlinizi yuyun deyilir amma su yoxdur, mağazadan alırıq. İndi su xətti istəmirik ki, karantindi, heç olmazsa maşınla su versinlər". Qeyd edək ki, su maşını ilə sözügedən əraziyə su veriləcəyi vədindən sonra sakinlər aksiyanı dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru