Ehtiyatda olan zabit 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi: " ..obyektiv araşdırılması üçün mənə köməklik göstərməyinizi Xahiş edirəm. "
16-06-2020, 12:46

Teref.az yazır ki, ehtiyatda olan zabit problemləri ilə bağlı Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətin bir nüsxəsidə Teref.az-ın poçtuna daxil olub və sizi müraciətlə tanış edirik:
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban Xanım!
Mən ehtiyatda olan zabit leytenant Əliyev Zamin Qurban oğlu 21.12. 2003-cü ildən 13.07.2004- cü ilədək 706 saylı hərbi hissədə, 13.07.2004-cü ildən 22.06.2005- ci ilədək 161 saylı hərbi hissədə xidmət etmişəm. Hərbi qulluqçuların məzuniyyətə çıxmadığı günlərinin pul kompensasiya şəklində ödəmilməsi ilə bağlı Ali baş Komandanın sərəncamına əsasən müvafiq sənədlərlə 18.09.2019-cu ildə Müdafiə Nazirliyinə müraciət etmişəm. Heç bir cavab almadığıma görə bu barədə Müdafiə Naziri cənab general Zakir Həsənova 21.01.2020- ci ildə müraciət etmişəm. Hələ də müraciətlərimə cavab gəlməyib. Xidmətimin əksər hissəsini cəbhə bölgəsində heç bir nöqsan olmadan, nizam- intizamla, nümunəvi başa vurmuşam. Sizin və Cənab Ali Baş Komandanın hərbçilərə göstərdiyi diqqət və qayğıdan fərəhləndiyim halda, Müdafiə Nazirliyinin belə laqeyd münasibəti bir zabit kimi məni çoz məyus edir. Mən ehtiyatda olmağıma baxmayaraq hər gün Ali Baş Komandanımızın Qarabağımızın azadlığı uğrunda Müharıbə əmrini səbirsizliklə gözləyirəm.
Hörmətli Mehriban xanım, Azərbaycan ordusunun əsgər və zabitini öz doğma Övladınız, Qardaşınız kimi çox istədiyinizdən cəsarətlənərək Sizə müraciət edirəm. Sizdən, dəri xərçəngindən əziyyət çəkən övladı olan ailə başçısı kimi bu məsələnin obyektiv araşdırılması üçün mənə köməklik göstərməyinizi Xahiş edirəm.
Dərin hörmətlə, Əliyev Zamin Qurban oğlu.