KİVDF qəzetlərlə bağlı qərar qəbul etdi

17-06-2020, 00:13           
KİVDF qəzetlərlə bağlı qərar qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilmişdir. İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elan edilməsi müzakirə edilib.

Teref.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.

Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə, Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə.

Telefon: (012) 537-19-45; (012) 537-19-41












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru