“İlin sonunadək çox cüzi bir resessiya olacaq” - Elman Rüstəmov

18-06-2020, 00:05           
“İlin sonunadək çox cüzi bir resessiya olacaq” - Elman Rüstəmov
Azərbaycan bu böhranla əlaqədar çağırışlarla - xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağırışlarla üzləşib. Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq", - deyən AMB sədri qeyd edib ki, qorunan əmanətlərin sığortalanması üzrə qanunun müddəti artırılıb və maliyyə sektorunda sabitliyin qorunması üzrə bütün addımlar atılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.