Azərbaycanda minlərlə diri atı ətlik kimi xaricə satıblar — SAYI + QİYMƏTİ

20-06-2020, 21:47           
Azərbaycanda minlərlə diri atı ətlik kimi xaricə satıblar —
Bu il Azərbaycandan xarici ölkələrə 195 baş diri at (fevral ayında 193 baş, mart ayında 2 baş) satılıb.


Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan 1 baş atın gömrük dəyəri 276 manat (162 dollar) olub.


Məlumat üçün bildirək ki, Azərbaycanda diri atların ixracına 2016-cı ildən başlanılıb. At idxalı əsasən at ətindən qida olaraq istifadə olunan Orta Asiya ölkələrinə ixrac olunur. 2016-cı ildə Azərbaycan 1155 baş at ixrac edib. İxrac olunan 1 baş atın dəyəri 141 dollar olub. Atların 1120 başı Qazaxıstana, 35 başı isə Qırğızıstana satılıb.


2017-ci ildə diri atların ixracı rekord səviyyəyə yüksəlib. İl ərzində Qazaxıstana 7619 baş diri at satılıb. Bir baş atın qiyməti 148 dollar olub.


Bundan başqa 2018-ci ildə 2071 baş, 2019-cu ildə isə 461 baş diri at ixrac edilib. 2018-ci ildə atlar əsasən (2029 baş) Qazaxıstana, 2019-cu ildə isə əsasən (404 baş).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru