Aqrar sahədə çalışanlar öz fəaliyyətlərini davam etdirə bilərlər - VİDEO

20-06-2020, 22:33           
Aqrar sahədə çalışanlar öz fəaliyyətlərini davam etdirə bilərlər - VİDEO
Aqrar sahədə çalışanlar müvafiq qaydada qeydiyyatdan keçməklə öz fəaliyyətlərini davam etdirə bilərlər.

Sfera.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. O, qeyd edib ki, iki həftəlik sərt karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının toplanması, növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərənlər üçün heç bir məhdudiyyət olmayacaq.

Həmin şəxslərin fəaliyyətinə onlar barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edildikdən sonra yol verilir. İcazələr 2 formada alına bilər.

Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejimi və əməyin təhlükəsizliyi qaydalarına uyğun şəkildə həyata keçirməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru