Sabirabadın mərkəzində RƏZALƏT: Şəhid adına küçə virus, bakteriya mənbəyinə çevrilib

22-06-2020, 15:23           
Sabirabadın mərkəzində RƏZALƏT:
Sabirabad rayonunun mərkəzində yerləşən İlham İsgəndərov küçəsində əsil rəzalət yaşanır.

Teref.az yazır ki, rayondakı mənbələrdən Lent.az -a daxil olan xəbərə görə, Qarabağ müharibəsi şəhidi İlham İsgəndərovun adını daşıyan küçəsində, habelə ətraf ərazilərdə zibil əlindən tərpənmək mümkün deyil.

“Günlərlə, bəzən bir ay zibil yığılıb qalır. Bura zibilxana deyil axı . Üfunətdən küçədən keçmək olmur. Virus, bakteriya mənbəyidi yayın bu istisində. Özü də koronavirusun belə geniş yayıldığı bir günlərdə”.

Mənbənin dediyinə görə, yerli sakinlər bu barədə , dəfələrlə Sabirabad rayon icra hakimiyyətinə və Sanitar Təmizlik Sahəsinə müraciət etsələr də, yaranmış problemi həll edə bilməyiblər. Yerli məmurlar ancaq vəd verməklə işini bitirmiş hesab etmişlər..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru