Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: - FOTO + YENİLƏNİB q

24-06-2020, 17:13           
Sumqayıtda şəhid adını daşıyan bulaq bərbad vəziyyətdə: - FOTO + YENİLƏNİB
Sumqayıtda şəhid bulağı baxımsız vəziyyətdədir. Bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub. Söhbət şəhərin Nəriman Nərimanov küçəsi 20/47A ünvanında yerləşən bulaqdan gedir.

Sözügedən ünvanda yaşayan sakinlər 1992-ci ildə şəhid olmuş Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsini əbədiləşdirmək məqsədilə quraşdırılan bulağın yararsız vəziyyətdə olmasından təəssüfləndiklərini deyirlər: “Şəhid bulağına suyun verilişi dayandırılıb. Bundan əlavə bulağın kənarları uçuq-sökük, su kranı isə qırılmış vəziyyətdədir. Şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan bulağa bu qədər laqeyd yanaşmaq nə qədər düzgündür?”

Həmin görüntüləri təqdim edirik:















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru