"TƏBİB virusla mübarizədə sinifdə qaldı"

25-06-2020, 00:09           
"TƏBİB virusla mübarizədə sinifdə qaldı"
590 yoluxma, amma panika yaratmaqla məsələri həll etmək olmaz, hökumət və TƏBİB virusla mübarizədə sinifdə qaldı, virusu tək üz-gözlərinə yox, bütün ölkəyə bulaşdırdılar. İndi sakit olub, ağılla, məntiqlə düşünüb qərarlar vermək lazımdı. Məlum oldu ki, TƏBİB bacarmadı, modellər qura bilmədi, hökumət, aldığı qərarların məntiqsizliyinə görə insanları inandıra bilmədi.

Normal model qurmaq üçün rəqəmlərə, məlumat bazasına ehtiyac var - elan edin, birlikdə düşünüb yol tapaq. Söhbət hökuməti hər dəfə tənqid etməkdən də getmir, artıq hər şey aydındır - bacarmadılar, və ya, bacarmadıq.

Suallar: 1) Yoluxmanın gündəlik coğrafiyası, 2) Xəstələrin ehtimal edilən yoluxma yerləri, 3) Son günlər ölkəyə xaricdən xeyli adam gəlib, onlar arasında analizi pozitiv çıxanların sayı, 4) Test sayının analizi - neçəsi ilk, neçəsi təkrar testdir, 5) Real boş çarpayı sayı, 6) Real süni aparat sayı, 7) Operativ Qərargaha məsləhət verənlərin siyahısı, 8) Yoluxanların yaş və cinsiyyəti, 9) Ölən vətındaşların başqa xroniki xəstəliklərinin siyahısı, 10) Cəmiyyətlə yeni kommunikasi strategiyasının yaradılması.

Bu rəqəmləri verin, addımları atın, birgə məmləkəti bu bəladan qurtarmaq üçün bilik və əmək sərf edək.

Millət, yalvarıram, siz də özünüzü və yaxınlarınızı qoruyun, maska, dezinfeksiya, fiziki məsafə - lütfən bu qaydalara uyun...



Natiq Cavadlı

İqtisadçı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru