Yeni yaranan şirkət 148 min manatlıq 4 tenderin qalibi oldu - TƏFƏRRÜAT

25-06-2020, 00:37           
Yeni yaranan şirkət 148 min manatlıq 4 tenderin qalibi oldu - TƏFƏRRÜAT
“Respublika Sanitariya-Karantin Mərkəzi” Publik Hüquqi Şəxsi Tekasona Servis MMC ilə ümumi maliyyə həcmi 148 981 AZN olan 4 müqavilə imzalayıb.
Teref.az "yenisabah"a istinadla xəbər verir ki, bu müqavilələrə görə sözügedən MMC maşın və avadanlıqlarla (10 000), invertarla (44 000 AZN) təmin etməli, kommunal işləri (45 981 AZN) və cari təmir işlərini (49 000 AZN) həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Tekasona Servis” MMC 17 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakə şəhəri Sabunçu rayonu, Sabunçu şəhər tipli qəsəbəsi, Yefim Saeatovets küçəsi, ev 15-də yerləşən “Tekasona Servis”in qanuni təmsilçisi Nuriyev Samir Qəyyum oğludur.

Şirkət və onun qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Görünür, bu “Tekasona Servis”in yeni yaranması ilə bağlıdır. Reyerstr məlumatlarından da görünür ki, MMC bu ilin fevralın yaranıb. Amma buna baxmayaraq, artıq 4 tenderin qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru