Gəncədə elektriklə işləyən avtobusların - İSTEHSALI BAŞLANILIB
25-06-2020, 08:21

Gəncədə səfərdə olan Prezident İlham Əliyevə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri təqdim olunub.
İlham Əliyev: «İqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir»
FED.az xəbər verir ki, 2019-cu ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunmaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində müəssisədə “E-321” markalı elektrobusun istehsalına başlanılıb və bu günədək 4 elektrobus yığılıb. Bu ictimai nəqliyyat vasitəsi həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. Avtobuslar kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.
Diqqətə çatdırıldı ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Mütəxəssislərin fikrincə bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərin marağına səbəb olacaq.