Ötən ildən pul ayrılıb, satın alma haqqında müqavilə bağlanıb amma nədənsə hələdə avtobuslar yoxdur...
27-06-2020, 11:43
Teref.az yazır ki, Qubad İbadoğlu araşdırmasını bu cümlə ilə başlayaraq yazır, 1 avtobus 266 min 333 manata alınıb.
Ötən ilin dövlət büdcəsindən Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatdan təhlükəsiz və rahat şəkildə istifadə etmələri üçün avtobus parkının yenilənməsi məqsədilə 300 ədəd sərnişin avtobusunun alınması üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) 79,9 milyon manat vəsait ayrılıb. Avtobusun 1-nin qiyməti 266 min 333 manat olub. Qubad İbadoğlu yazır ki, BNA və "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 300 ədəd avtobusun satın alınması haqqında müqavilə bağlransa da avtobuslar hələ də ölkəyə gətirilməyib. Görünür ki, büdcədən ayrılmış vəsait azlıq edir. Teref.az olaraq adları çəkilən şəxs və qurumların cavabını dərc etməyə hazırıq, təki cavab versinlər! Teref.az