Karantin rejimi ilə bağlı cərimələrin iki dəfə artırılması təklif edilir

27-06-2020, 18:03           
Karantin rejimi ilə bağlı cərimələrin iki dəfə artırılması təklif edilir
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.
Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təkoif olunur. Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.
Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.
Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinı daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru