Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?

29-06-2020, 00:05           
Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?
Dinimiz əxlaq və iffət məsələlərinə xüsusi diqqət yetirir. Qadının naməhrəm kişilərdən qorunması və özünü gizli saxlaması daha məsləhətdir. Əlbəttə, qadının sifətini örtməsi zəruri deyil. Amma bu icazə onun gündəlik həyatda fəaliyyətinə mane olmamaq məqsədi daşıyır.
Rəhmətə getmiş qadının başdaşına fotosunu həkk etdirməyin isə zərurəti yoxdur.
Xüsusilə, gənc qadının şəklini başdaşına vurmaq o qədər də bəyənilmir. Hətta qadının hicablı fotosundan da istifadə edilməsi bəyənilməzdir (baxmayaraq ki, günah sayılmır). Qadının adını və təvəllüd-ölüm tarixlərini başdaşına həkk etdirmək kifayətdir. Hətta bəzi şəxslər qadının adını belə, başdaşına həkk etdirməyi iffətə uyğun saymır, ya adının baş hərfini, ya da atasının adını yazdırırlar.milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru