“Slavyanka” sularının qiyməti niyə qaldırıldı? - Bulaqlarımız da dollarla qaynayırmış...

18-01-2016, 11:44           
“Slavyanka” sularının qiyməti niyə qaldırıldı? - Bulaqlarımız da dollarla qaynayırmış...
Gədəbəy rayonunda fəaliyyət göstərən “Gədəbəy Mineral Suları” fabrikinin məhsullarının qiyməti qaldırılıb.

Dia.az azadliq.info-ya istinadən xəbər verir ki, artıq Bakı şəhərindəki mağazalarda 19 litrlik balonlarda satılan “Slavyanka 1″ markalı təbii bulaq suyunun qiyməti 50 qəpik bahalaşaraq 4 manat olub. Əvvəl bu məhsul 3 manat 50 qəpiyə satılırdı.

Mağazalardan birinin satıcısı bildirib ki, məhsulun istehsalçısı “Gədəbəy Mineral Suları” MMC-də qiymət artımının səbəbini istehsal xərclərinin artması ilə əsaslandırırlar.

Xatırladaq ki, “Slavyanka” sularının mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. “Gədəbəy Mineral Suları” fabriki isə 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində istifadəyə verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.