"Dövlət nə xalça toxumalıdı, nə də taksi işlətməli, dövlətin əsas işi.."- EKSPERT

3-09-2020, 09:02           
"Dövlət nə xalça toxumalıdı, nə də taksi işlətməli, dövlətin əsas işi.."- EKSPERT
Sovetin qılıncının dalı-qabağı kəsən, total nəzarət, bir az da yuxarıdan (Allahdan yox a) qorxu olduğu vaxtlarda vahid taksi, tarif və çağrı xidməti var idi.
Taksilər eyni rəngdə, eyni markada idi, amma bu sərt rejimdə belə yenə öz maşınında taksi xidməti göstərən, el arasında "xalturşik" deyilən insanlar var idi.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy deyir:
Yəni, o boyda SSRİ vahid tarif və çağrı sistemi qura bilmədi, taksi xidmətini dövlətləşdirməyi bacarmadı, indi bizim multfilm kimi sistem bunu etmək, güya, vahid nəzarət mexanizmi qurmaq istəyirlər.
Məmur tayfası hələ də anlamır ki, bu toplum onlardan daha ağıllı və daha işgüzardı, İnternet çağında, mobil rabitə dövründə dövlətin taksi sistemi vahid tarif və çağri mərkəzinə bağlamaq istəyi həm absurddur, həm məntiqsiz, həm də mümkünsüzdür.
Dövlət nə xalça toxumalıdı, nə də taksi işlətməli, dövlətin əsas işi rəqabət şəraiti qurmaq, ədalətli hakim rolu oynamaqdır...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru