"Səfər Mehdiyev gömrüyün köhnə rəhbərliyindən şübhələnir..." - İSMARIC YOLLADI...

4-09-2020, 17:58           
"Səfər Mehdiyev gömrüyün köhnə rəhbərliyindən şübhələnir..." - İSMARIC YOLLADI...
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev növbəti isterik addımı ilə diqqətə gəlib. Bu barədə DİA.AZ-a gömrükdəki mənbələr informasiya ötürüb. Xəbəri verən qaynaq iddia edir ki, son günlər yerli KİV-də barəsində neqativ informasiyaların artmasından əndişə keçirən baş gömrükçü bütün bu yazılanların sifarişli olduğuna inanır.

Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev zənn edir ki, işin arxasında kənar maraqlı qüvvə var. Əsas olaraq Səfər Mehdiyev gömrüyün köhnə rəhbərliyindən şübhələnir... İnanır ki, köhnə rəhbərlik zamanında mediada özünə yaxın qüvvələr formalaşdırıb ki, indi də Səfər Mehdiyevə hücum edirlər. Adam daha anlamır ki, DGK-ni hədəfə gətirən hansısa qüvvələrin sifarişi yox, elə Səfər Mehdiyevin naşılıqları, fəaliyyətindəki nöqsanlardır".

Mənbə iddia edir ki, hətta Səfər Mehdiyev keçmiş DGK rəhbərliyinə aid bəzi şəxslərə dlayı yollarla "məndən əl çəkin" ismarıcını da yollayıb...

Xatırladaq ki, Səfər Mehdiyevə qədər DGK-ya Aydın Əliyev rəhbərlik edib.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru