SUMQAYITDA ORTA MƏKTƏBLƏRDƏ "KORONAVİRUS PULU" YIĞILIR?

4-09-2020, 19:12           
SUMQAYITDA ORTA MƏKTƏBLƏRDƏ "KORONAVİRUS PULU" YIĞILIR?
Sumqayıtda orta məktəblərdə şagirdlərin valideynlərindən pul tələb olunur. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Həmin məlumatda deyilir ki, məktəb direktorları valideynlərdən "koronavirus pulu" adı ilə 100 manat tələb edirlər. Vurğulanır ki, valideynlər uşaqları incidiləcək deyə direktorların tələbini yerinə yetiriblər.
Maraqlıdır ki, indiyə qədər orta məktəblərdə "fondpulu", "süpürgəpulu" və bu qəbildən olan bir çox bəhanələrlə pullar yığılıb.
"Koronavirus pulu" yığmaq ilk hadisədir. Görünür, pandemiyanı da yeni qazanc mənbəyi hesab ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru