Ağcabədidə sahibkar ölkə rəhbərindən imdad diləyir
7-09-2020, 17:33

Artıq neçə illərdir ki, “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, ölkəmizdə iqtisadiyyatın inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin, yeni iş yerlərinin yaradılması və s. əsas strateji məqsədlərdən biri olaraq qarşıya qoyulub.
Yəni, ölkə prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı, bu gün də ardıcıl tədbirlər həyata keçirilməkdədir. Verilimiş tapşırıqların nəticəsi olaraq, bu istiqamətdə atılan addımlar ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, yeni iş yerlərinin açılmasına imkan vermiş, ələlxüsus kənd təsərrüfatının sabit inkişafına lazımi zəmin də yaratmışdır. Onu da qeyd edək ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu gün də cənab Prezidentin ən çox önəm verdiyi məsələlərdən biridir.
Bütün bunlara baxmayaraq, hal-hazırda Ağcabədi rayonunda fərqli ab-hava yaşanır və cənab İlham Əliyevin bu yöndə vermiş olduğu tapşırıqlar, açıq-aşkar şəkildə tapdaqlar altına atılır. Buna misal olaraq Səfiyev Baxşeyş Xasay oğlunun üz-üzə qaldığı problemin varlığını misal çəkə bilərik. Məsələn, bir neçə gün bundan öncə GundemXeber.Az saytının redaksiyasına Ağcabədi rayonu, Aşağı Afşar kəndində yaşayan və 1995-ci ildə yaratmış olduğu “YAŞAR-84 K.F.T” MMC-nə rəhbərlik edən və ötən 26 il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 70 yaşlı Baxşeyş Səfiyev tərəfindən şikayəti daxil olub.