Sumqayıtda yüzlərlə uşaq bu səbəbdən təhsilsiz qalacaqlar - VİDEO

9-09-2020, 08:49           
Sumqayıtda yüzlərlə uşaq bu səbəbdən təhsilsiz qalacaqlar - VİDEO
Sumqayıtda 250 ailə telefon və internet xəttindən məhrum qalıb.

Xeberle.com xəbər verir ki, Sumqayıt şəhərinin 76-cı məhəlləsində 250 ailənin yaşadığı evlərə telefon və internet xətti çəkilmir. Sakinlər deyirlər ki, səbəb məsul şəxslərin xətti çəkmək üçün materiallarının olmamasıdır.

Şikayətçi: "Uşaqlarımız məktəbə gedir. Ən ucqar yerlərdə telefon qovşağı var amma bizim uşaqlarımız bu səbəbdən oxuya bilmir. Onsuz da savadsız olacaqlar, heç olmasa wifi olsun, yalandan da olsa dərs öyrənsinlər”.

Məhəllə sakinlərinin sosialı problemləri bitməklə tükənmir. Ərazidə nə yol var, nə də tullantıların atılacağı zibil qutuları. Amma yeni dərs ilinin başlanması ilə bağlı Sumqayıt şəhər 76-cı məhəllənin sakinlər təcili əraziyə telefon və internet xətlərinin çəkilməsini arzulayırlar.

Sumqayıt Şəhər Telekomunikasiya qovşağı təqribən 3 il əvvəl əraziyə telefon və internet xətti çəksə də, evlərə verilməsi təmin edilməyib. Buna səbəb isə nazirliyin onlara material ayırmamasıdır.

Məsələ ilə bağlı Sumqayıt şəhər Telekomunikasiya qovşağı ilə əlaqə saxlamağa çalışsaq da, bu işə məsul olan şəxsləri iş başında tapa bilmədik. Ümidvarıq, Sumqayıt şəhər 76-cı məhəllənin sakinlərinin bu problemi tez bir vaxtda öz həllini tapacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.