Təhsil Nazirliyinin qarşısında yol çöküb, aidiyyəti qurumlar isə "yatıb" - Video

9-09-2020, 09:38           
Təhsil Nazirliyinin qarşısında yol çöküb, aidiyyəti qurumlar isə "yatıb" - Video
Bakı şəhəri, Xətai prospekti 39-da - Təhsil Nazirliyi ilə üzbəüz, VTB Bankın qarşısındakı yolda piyadalar üçün təhlükəli xəndək yaranıb.

Pia.az-ın məlumatına görə, xəndək böyük olduğundan indiyə qədər neçə piyadanın xəsarət alması ilə nəticələnib.

"Bu yaxınlarda bir hamilə qadın da bu xəndəyə düşərək zədə alıb", - deyə bildirilib.
Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmür.

Ümid edirik ki, problem ictimailəşdikdən sonra cavabdeh qurum dərhal tədbir görəcək, ərazidə ölümlə nəticələnən hadisə baş vermədən yol təmir ediləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru