Əli Həsənov ona məxsus olduğu deyilən əmlaklardan danışdı - "... onların hamısını dövlətimizə qaytarmağa hazıram"

10-09-2020, 15:29           
Əli Həsənov ona məxsus olduğu deyilən əmlaklardan danışdı - "...
Əli Həsənov ona məxsus olduğu deyilən əmlaklardan danışdı
Prezidentin keçmiş köməkçisi Əli Həsənov sosial mediada ona məxsus yayılan əmlak siyahısı barədə Gununsesi.info-nun sorğusunu cavablandırıb.

Əli Həsənov saytımıza göndərdiyi açıqlamasında bildirib ki, həmin siyahıdakı əmlakların ona aidiyyatı yoxdur:

“Bunu yayan adamın peşəsi neçə illərdir ki, Almaniyadan xüsusi sifarişlər yerinə yetirərək belə cəfəng nağıllar uydurmaq, Azərbaycanda hakimiyyətdə təmsil olunmuş və hazırda da təmsil olunan məmurları gözdən salmaqdan ibarətdir. Burada sadalanan əmlak və obyektlərin hər hansı birinin mənə və ailəmə aid olduğunu kim sübut etsə, onların hamısını dövlətimizə qaytarmağa hazıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru