Həkimlərin "bir nömrəli"dir deyə reklam olunması biabırçılıqdır - Azərbaycanlı preofessor
12-09-2020, 16:58
"Həkim reklamları televiziya ekranlarından yığışdırılmalıdır. Həkimlər ekranlarda niyə reklam olunmalıdır? Bunun məqsədi nədir? Dünyanın hansı ölkəsində həkim bir nömrəli həkim deyə reklam olunur? Bu tibdə biabırçılıq, həqarət deyilmi?"
Bu sözləri Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla həkimlərin icbari tibbi sığortalanmasına münasibət bildirərkən deyib. Professor 3-4 aydan sonra icbari tibbi sığorta ilə bağlı konkret işlərin görülməli olduğunu diqqətə çatdırıb:
"Hesab edirəm ki, bütün həkimlər növbəli şəkildə xəstələrə baxsa, bir sıra həkimlərin reklamına ehtiyac qalmayacaq. Bunları görmək lazımdır, bununla bağlı məsələlər müzakirə olunmalıdır.
İcbari tibbi sığorta əslində həkimlə xəstə arasında münasibətləri tənzimləyən sistemdir. Müalicə metodunun reklamı ayrıdır, bu informasiya xarakterlidir.
Ancaq bu həkimə gəlin, bu respublikada bir nömrəli ginekoloqdur, nə bilim qulaq həkimidir... Belə reklam biabırçılıqdır. Bilinir ki, söhbət nədən gedir".