Azərbaycanda televiziya rəhbəri işdən çıxdı - FOTO

15-09-2020, 09:37           
Azərbaycanda televiziya rəhbəri işdən çıxdı - FOTO
"Cavan” TV-nin rəhbəri Murad Ağabəyli tutduğu vəzifədən ayrılıb.

Pravda.az xəbər verir ki, o bu barədə sosial mediada məlumat verib. M.Ağabəyli telekanaldan öz xoşu ilə getdiyini vurğulayıb:

"Bütün forumlarda, tədbirlərdə çıxış edəndə deyirdim ki, bir QHT-yə iki ildən artıq rəhbərlik etmək düzgün deyil. "Cavan"a gələndə də, qarşıma iki illik bir müddət qoymuşdum. Pandemiyaya görə bu müddəti altı ay uzatmalı oldum. Amma artıq vaxtdır.

Təşkilata yeni beyinlər, yeni ideyalar, bir sözlə, yeniliklər lazımdır. Bununla da, "Cavan"da öz adıma olan sonuncu yeniliyi etmək istəyirəm. Ölkənin ən böyük təşkilatlarından birinin rəhbəri olaraq özüm öz istəyimlə missiyamın sonunu başa düşür və təşkilatdan ayrılıram”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru