Bəzi alış-verişlərə görə ƏDV-ni niyə geri almaq olmur? — VİDEO

18-09-2020, 00:12           
Bəzi alış-verişlərə görə ƏDV-ni niyə geri almaq olmur? — VİDEO
Bu il may ayından etibarən vətəndaşlar müəyyən xidmətlərdən istifadə və ya alış-veriş zamanı ödədikləriədv-nin bir hissəsini geri qaytara bilmək şansı əldə etdilər. Hazırda isə əksər yerlərdə bu xidmətdən yararlana bilmirlər. Səbəbi aidiyyatı qurum ilə araşdırmışıq.


Vətəndaşlar bəzi obyektlərin xidmətlərindən yararlanan zaman ƏDV-nin bir hissəsini geri qaytara bilsələr də, əksər yerlərdə bu mümkünsüzdür.


Dövlət vergi xidmətinin şöbə müdiri Məmməd Quliyev deyir ki, hansısa bir obyektdə ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılmırsa, demək ki, sahibkar sadələşdirilmiş vergi ödəyicisidir.


Məmməd Quliyevin sözlərinə görə, vətəndaş xidməti şəxsinsadələşdirilmiş , və ya ƏDV ödəyicisi olduğunu ona təqdim edilən çek əsasında müəyyən edə bilər.


Qeyd edək ki, köhnə nəsil kassa aparatlarından istifadə də ƏDV-nin bir hissəsinin geri qaytarılmasına imkan vermir. Məmməd Quliyev bildirdi ki, 2021-ci il 1 aprel tarixinədək Bakı, Sumqayıt və Gəncə şəhərlərində,2022-ci ilin sonuna kimi Respublika üzrə bütün obyektlər yeni nəsil kassa aparatları ilə təmin olunacaqdır.demokrat.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru