Ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək

5-10-2020, 14:03           
Ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı hazlrda Qarabağda gedən döyüşlər zamanı əsir götürülən şəxslərin taleyinə aydınlıq gətirib.

Teref.az-ın məlumatına görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsir götürülən şəxslərə münasibətdə davranış Cenevrə Konvensiyasına uyğun şəkildə edilir:

“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təxribatından sonra əks hücuma başlayan Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, müharibə zamanı əsir düşən hər bir erməni əsgər və zabitlərə Cenevrə konvensiyasına uyğun olaraq davranış səgilənəcək”.

“Biz hər zaman öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq”, – aparat rəhbəri əlavə edib.

O eyni zamanda qeyd edib ki, ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru