Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?

6-10-2020, 23:18           
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı almalıdırmı?

Dövlət Vergi Xidmətindən Azərtac-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır. “Xüsusi fərqlənmə nişanı” mülkiyyətində nəqliyyat vasitələri olan vergiödəyicilərinin müraciətindən sonra 5 iş günü ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və onun alınması üçün hər hansı haqq ödənilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru