Bakıda dükanlarda bayraq satan işbazlar... - QİYMƏT ARTIMI

7-10-2020, 10:56           
Bakıda dükanlarda bayraq satan işbazlar... - QİYMƏT ARTIMI
Son günlər cəbhə xəttində baş verən döyüşlərdə hərbiçilərin yanında olduğunu bildirmək və ruh yüksəkliyi yaratmaq üçün bir çox binaların eyvanlarından üç rəngli bayrağımız dalğalandırılır.

Sosial şəbəkələrdə bir çox insanlar bayraqlara tələb artdıqca qiymətlərin də yüksəldiyindən narazılıq ediblər.

Bununla bağlı Redaktor.az-a danışan iqtisadçı Samir Əliyev deyib ki, belə hallarda tərəzinin bir tərəfində biznes dayanırsa, digər tərəfində mənəviyyat dayanır.

“Yaxşı olardı ki, dövlətin simvollarından sui-istifadə halları olmasın. Əsasən də indiki dövrdə bayraqdan gəlir güdmək düzgün deyil. Sahibkar tərəzinin bir hissəsində öz gəlirini düşünəndə, digərində ölkə, vətən, millət anlayışını düşünməlidir. Sui-istifadə halları hər zaman olub. Bu da bazar iqtisadiyyatının amansız xarakteridir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru