Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır

9-10-2020, 07:46           
Ermənistanın Müdafiə Nazirliyi: Yaralı hərbçilərin 70 faizi orduya qayıtmır
İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda döyüşən silahlılarının cəmi 30 faizi yenidən hərbi xidmətə qayıdır.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bildirib.

O, hərbi qulluqçuların orduya "qısa" müddətdə qayıtdığını vurğulayaraq, bunu tibb işçilərinin “fədakarlığı” ilə əlaqələndirib.

Nazirliyin nümayəndəsi Azərbaycan Ordusunun artilleriyadan intensiv istifadə etdiyini etiraf edib. Erməni hərbçinin sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi davam edən döyüşlərdə yüzlərlə erməni hərbçisi yaralanıb.

O, həmçinin döyüşlərdə 350-dən hərbçinin həlak olduğunu bildirib. Qeyd edək ki, bu, yalnız Ermənistan hökuməti rəsmilərinin ölümü təsdiqlənmiş, həmçinin ölü sayını gizlətdiyi hərbçilərin sayı barədə açıqladığı yalan göstəricilərdir. Düşmən ordusu itkilərin real sayını gizlətmək üçün öldürülmüş digər hərbçiləri itkin kimi qeydiyyata alıb. Bu səbəbdən də Ermənistan ordusunun itkiləri əslində açıqlanan rəqəmlərdən xeyli çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru