Tərtərdə ikinci “İlham-Fərizə dastanı” yaşanıb - Allah erməninin nəfəsini kəssin...

13-10-2020, 16:23           
Tərtərdə ikinci “İlham-Fərizə dastanı” yaşanıb -
Tərtərin Sarıcalı kəndində ikinci “İlham-Fərizə dastanı” yaşanıb.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla istinadən məlumat yayılıb.

Əslən Tərtərdən olan İlham İsmayılın bildirdiyinə görə, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 1995-ci il təvəllüdlü Mehdi Elçin oğlu Məmmədovun bu gün səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib.

Mərasim başa çatmamış xəbər gəlib ki, Şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Elçinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib. Kənd sakinləri indi də Mələyi son mənzilə yola salıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru