BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq

13-10-2020, 21:58           
BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2% təşkil edəcək.

Bu barədə BVF-nin “World Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.

Qeyd edək ki, fond iyunda 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,2% azalacağını, 2021-ci ildə isə 0,7% artacağını gözləyirdi.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru