Nə qədər susdum, görürəm ki, alınmır, məcbur deməliyəm....
14-10-2020, 06:01

Başa düşürəm ki, müharibədir, anlayıram ki, ruh yüksəkliyini saxlamaq, qorumaq lazımdır, bilirəm ki, çox adam az qala bütün şəxsi dərdlərini unudub, ancaq müharibə, ordumuz, torpaqlarımızı düşünür.
Ancaq bu emosilonal, psixoloji durumdan istifadə edib, yalandan dezinformasiyalar yayaraq meymunluq edənləri anlamıram.
Teref.az xəbər verir ki, bunu jurnalist Cəmil Məmmədli yazır. Daha sonra Cəmil Məmmədli yazır:
Məsələn birini deyim.
Şabranın Təhsil Şöbəsinin müdiri, cəbhəyə heç də könüllü getməyib. Əksinə nə qədər çalışsa da, özünü qaçıra bilməyib, çünki zabitdir.
Ancaq iki zırrama reket jurnalist neçə gündür ki, bu boyda milləti dolayıb "mikrofonuna", "raskrutkalar" edib, pul qazanırlar deyə, ortalıqda saxta qəhrəman imici yaradıb, sadə vətəndaşlarımızı dolamağı qəbul edə bilmirəm.
Bu qədər könüllü gedənlərin haqqına girməyin heç olmasa...
Oğlan tanıyıram ki, əliyalın döyüşə girib, şükür qalib də çıxıb.
Əslində heç o Şabrandakı Emin adlı müdir, işdən də çıxmayıb, maaşını bütünlükdə alacaq...
Niyə real qəhrəmanlarımız ola-ola, yalandan özümüzə saxta qəhrəmanlar düzəltməyə meylliyik, anlamıram.
Şabranda oğlanlar var ki, əvvəlki müharibədə də, indi də maşaallah könülü olaraq, əjdaha kimi atılıb önə, sona qədər də vuruşub.
Heç olmasa onlardan, onların ruhundan eyibdir...
Hər kəsi öz adı ilə çağırın, kim kimdi, belə də bilinsin.
Allah hamısının, bütün ön cəbhədə olanların köməyi olsun, ancaq düzün də bir başı var...
Bu arada, nahaq belə yazırsan deməyi düşünənlərə də deyim, əvvəlcə "müharibə şəraitində dezinformasiyaların əhaliyə psixolji təsiri" barədə bir iki vərəq oxuyun, sonra əslində nəyi və niyə demək istədiyimi anlayacaqsınız...
Cəmil Məmmdli