Şəhid kimi dəfn olundu, lakin...
17-04-2017, 20:38

02.03.2017 ci ildə Azərbaycan Ordusunun zabiti Cəlal Sədulla oğlu Mənsimov doğulduģu Saatlı rayonu Mollavaizi kəndində şəhid kimi dəfn olunub.
Cəlal Mənsimov 1978 ci il təvəllüdlüdür.17 il Azərbaycan Silahli Qüvələrinin sırasında xidmət edib.Ailəlidir,3 övladı var.
Şəhid kimi dəfn olunan Cəlalın bir həftə sonra ölüm kağızın alanda gözlərinə inanmırlar.Ölüm kağızı ilə deyilənlər arasında uyğunsuzluq olduğunun fərqinə varırlar.Bu və bəzi səbəblərdən qardaşi Bəxtiyar Mənsimov Cəlalın ölümün müəmmalı hesab edir və suallarla baş-başa qalıb.
- Bəxtiyar bəy, söylədiniz ki, cavabını tapmağa aciz qaldığınız suallar içində boğulursunuz.
Hansı suallarınıza cavab axtarırsınız?
Qardaşım Cəlal ölümündən əvvəl atamın ildönümü ilə əlaqədar məzuniyyətə gəlmişdi.Məzuniyyətinin sonuncu günü anam Cəlala kiminsə zəng etdiyin və Cəlalın bu zəngdən narahat olduğunu gördüyünü deyir.Aralarında olan telefon danışığindan, anam zəng edənin onu hədələdiyini və israrla hərbi hissəyə gəlməsini tələb etdiyininin şahidi olur.
Nəyin baş vetdiyini soruşan anama qardaşım narahat olmamağı tapşırır.
Hərbi hissəyə qayıdandan 3 gün sonra şəhid olduğu xəbərini aldiq.
Qardaşımın nəşinin ardınca Ağcabədiyə getdim.Orada mənimlə siçan-pişik oyunu oynadılar.Məni Hərbi hissədə gözlədib ,meyidi Tərtər rayonuna qaçırdılar .
Cəlala zəng edən kim idi? Onu nə üçün təhdid edirdilər? Səbəb nə ola bilərdi?Niyə meyidi məndən qaçirırdılar?
Qardaşım şəhid kimi dəfn olundu.3 gün sonra aldığım ölüm kağızında ürək tutmasından öldüyü yazılırdı. O zaman nə üçün şəhid kimi dəfn etdilər? Suallarım çoxdur.Cavab verən isə yoxdur.17 il orduda can qoymuş gizinin ölümün saxtalaşdırmaqda kimin maraqlı olduğu aşkarlanmalıdır. P.S .Maraqlıdır, ürək tutmasından vəfat edən hərbçini nə səbəbə şəhid kimi dəfn etməkdə ölüm haqqında şəhadətnaməni və ya ölümün əsl səbəbin gizlətməkdə kimlərin nə kimi maraği ola bilər?
Vüsalə Quliyeva
Teref.az