Bir qrup klassik YAP fəalı hərbi əməliyyatlarla bağlı Ali Baş Komandana müraciət etdi…
18-10-2020, 21:46

“Vətənimizin, xalqımızın taleyinin bu vacib və həlledici anlarında bizim kənarda qalmağımız qeyri-mümkündür…”
Moderator.az redaksiyasına özlərini Yeni Azərbaycan Partiyasının yaradıcıları kimi təqdim edən bir qrup klassik YAP fəalının Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Əliyevə Milli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı uğurlu hərbi əməliyyatlarla bağlı müraciəti daxil olub.
Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
“Azərbaycan Respublikasının Prezidenti
Ali Baş Komandan
Yeni Azərbaycan Partiyasının sədri
Çox hörmətli İlham ƏLİYEVƏ
M Ü R A C İ Ə T
Vətənimiz və xalqımız ağır müharibə ilə üzləşib. Ordumuz qələbələrlə irəliləyir, işğalçılar torpaqlarımızdan süpürülüb atılır. Məğlubiyyətinə dözə bilməyən amansız düşmən şəhər, rayon və kəndlərimizi bombalayıb dağıdır. Dinc əhali içərisində onlarla həlak olan, yaralanan uşaq, qadın və qocalar vardır. Erməni faşistləri Bakı ətrafı əraziləri də raket atəşinə tuturlar. Tökülən qanlardan gözü doymayan düşmən müharibə meydanında uduzduqca azğınlaşır. Vətən taleyinin ağır günlərində biz tamaşaçı mövqeyində dayana bilməzdik. 1990-cı illərdə də vətənimizin ağır məqamlarında təzyiq və təhlükələrdən qorxmadan liderimiz Heydər Əliyevin ətrafında birləşərək mübarizlik göstərib məqsədimizə nail olduq. Hazırkı müharibə vəziyyəti də bizi ciddi narahat edir.
Hörmətli Prezident! Cənab Ali Baş Komandan!
Vətənimizin, xalqımızın taleyinin bu vacib və həlledici anlarında bizim kənarda qalmağımız qeyri-mümkündür. Ölkəmizdə şiddətli müharibə gedən zaman imkanımız müqabilində öz xidmətimizi göstərmək istəyindəyik. Təcrübəmiz, biliyimiz, vətənpərvərlik əzmimizi töhfə verməyə hazırıq.
Xahiş edirik vətənə borcumuzu nəzərə alıb müvafiq göstərişinizi verəsiniz.
Yeni Azərbaycan Partiyasının yaradıcılarından:
Maksim MusayevAsya Manafova
Arif Rəhimzadə Əli Əlirzayev
Rizvan Vahabovİsgəndər Quliyev
Xaqani Bəşirov Dünyamalı Məmmədov
Fərrux HaqverdiyevŞirvan Əbilov
Cahangir Hüseynov Aslan Abbasov
Yaşar Rzayev Misirxan Vəliyev
Novruz Quliyev
15 oktyabr 2020-ci il.”