Azərbaycanın erməni əsgərlərin cəsədlərini birtərəfli qaydada qaytarmaq barədə müraciətinə Ermənistan laqeyd qalıb

19-10-2020, 17:16           
Azərbaycanın erməni əsgərlərin cəsədlərini birtərəfli qaydada qaytarmaq barədə müraciətinə Ermənistan laqeyd qalıb
“Bir daha vurğulamaq istərdim ki, Azərbaycanla Ermənistan arasında cəsədlərin, həmçinin əsirlərin dəyişdirilməsi mexanizmi artıq bir müddətdir, hazırdır və işləkdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H. Hacıyev bildirib ki, xoş məramın nümayişi, həmçinin Moskvada əldə olunmuş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycan tərəfi Ermənistan tərəfinə müraciət edib ki, birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini təhvil verməyə hazırdır: “Çox təəssüf ki, Ermənistan tərəfi bu müraciətə laqeyd qaldı. Bunun üçün də məsuliyyət Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bütün bu məlumatlar rəsmi kanallar vasitəsilə müvafiq beynəlxalq qurumlara çatdırılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru