Dubaydan ŞOK QƏRAR: Araq içməyə, intihar etməyə icazə verildi
9-11-2020, 10:48
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səlahiyyətliləri fərdi və ailə qanunvericiliyində dəyişikliklər ediblər. İndi ölkədə spirtli içki içə, evlənmədən birlikdə yaşaya və intihar edə bilərsən.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı National nəşri yayıb.
Ən əhəmiyyətli düzəlişlərdən bəziləri boşanma və əmlak bölgüsü ilə əlaqədardır.
İndi BƏƏ-də yaşayan xarici cütlüklər boşandıqda, evləndikləri əyalət qanunları tətbiq ediləcək. Ondan əvvəl BƏƏ-nin şəriət qanunlarına əsaslanan qanunlarından istifadə olunurdu. Eyni şey miras bölgüsünə də aiddir.
Bundan əlavə, BƏƏ tarixində ilk dəfə evlənməmiş cütlüklərin birlikdə yaşaması qanuni hala gəlib. Əvvəllər fərqli cinsdən olan insanların qohum olmadıqları təqdirdə eyni evdə birlikdə yaşamaları qanunsuz idi, baxmayaraq ki, bu maddəyə görə təqiblərə nadir hallarda rast gəlinirdi.
Dəyişikliklər alkoqolun saxlanması və istifadəsi haqqında qanuna da təsir edib. Beləliklə, BƏƏ vətəndaşları artıq spirtli içki qəbul etdikləri və lisenziyasız alkoqol saxladıqları üçün cərimələnməyəcəklər.