Marketlərdə Türkiyə mallarının qiyməti: Qardaş ölkədə və bizdə
9-11-2020, 12:02

Azərbaycanın erməni işğalçılarına qarşı əks-həmlə əməliyyatı davam edir.
Vətən savaşında bir daha dostumuzu və düşmənimizi tanıdıq. Qardaş Türkiyə birmənalı şəkildə yanımızda olduğunu bəyan etdi. Lakin bəzi xarici şirkətlər ölkəmizdən pul qazanmalarına baxmayaraq açıq və ya dolayı şəkildə işğalçıya-Ermənistana dəstəklərini ifadə etdilər. Bu durum cəmiyyətdə narazılıq yaratdı. O şirkətlərin və onların təmsil etdiyi ölkələrin məhsullarını boykota çağrışlar səsləndi.
Bundan sonra marketlərdə və müxtəlif satış obyektlərində Türkiyə malları geniş yer almağa başladı. Bu hər kəsin ürəyincədir və çoxdan arzulayıb, can atdığı andır. Lakin bir məsələ də var ki, gələn məhsullar qiymət baxımından elə də əlçatan deyil. Marketlərdə müşahidələrimiz onu göstərdi ki, bu məhsullara istehlakçı marağı yüksəkdir, lakin təklif olunan qiymətlərin yüksəkliyi biznesin qızıl qaydası olan müştəri məmnuniyyətini azaldır.
Cebhe.info-nun əməkdaşı həmin məhsulların Türkiyədə və Azərbaycanda satış qiymətlərini araşdıraraq, qarşılaşdırma aparıb. Nəticə isə qiymət fərqinin çox yüksək olduğunu göstərib. Həmin məhsulların hər iki ölkədə qiymətlərini təqdim edirik. Qeyd edək ki, bu qiymətlər ədədlə satışa aiddir.
Lakin marketlərin topdan aldığı məlumdur. 1. Pınar süzmə pendir- 500 qram Türkiyədə 4.22 AZN; Azərbaycanda (Bazar Store) 7.49 AZN 2. Pınar Labnə təzə pendir- 200 qram Türkiyədə 1.67 AZN; Azərbaycanda (Bazar Store) 2.89 AZN 3. Pınar kərəyağı – 250 qram Türkiyədə 4.82 AZN; Azərbaycanda (Bazar Store) 6.75 AZN 4. Pınar süd- 1 litr Türkiyədə 1.20 AZN; Azərbaycanda (Bazar Store) 1.69 AZN (Fırtına endirim kompaniyası ilə) 5. Pınar bəyaz pendir- 400 qram Türkiyədə 4.52 AZN; Azərbaycanda (Bazar Store) 8.69 AZN Təbbi ki, bu Türkiyə məhsullarının azacıq bir hissəsidir. Biz bu qədərini araşdıra bildik və fərq göz önündədir. Bəzi məhsullar Türkiyədəki qiymətinin təxminən ikiqatına satılır. Ümid edirik ki, satış şirkətləri müştəri məmnuniyyətini nəzərə alaraq və vətəndaşların qardaş Türkiyə məhsullarına marağını azaltmamaq üçün uyğun addımlar atarlar. Unutmayaq ki, hər zaman sözə deyil, əmələ baxılır.